Menyu

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb

Nərmin Qocamanlı
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu  barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Bakıda keçiriləcək Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüşün əhəmiyyəti vurğulanıb.

Azərbaycanda gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatların idarəetmənin təkmilləşdirilməsinə, gömrük işinin müasir dünyanın çağırışlarına uyğun şəkildə yenidən qurulmasına münbit şərait yaratdığı bildirilib.

Görüş zamanı Azərbaycanla Ümumdünya Gömrük Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olunub, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər