Ana səhifə / Dünya / Niderlandda muzeydən 300-dən çox gümüş eksponat oğurlanıb Niderlandda muzeydən 300-dən çox gümüş eksponat oğurlanıb 22.01.2026, 23:42 Operativ Media Naməlum şəxslər Niderlandın Dusburq şəhərindəki Böyük kilsənin binasında yerləşən gümüş muzeyini qarət ediblər. Operativ Media xəbər verir ki, bu barədə "Omroep Gelderland" məlumat yayıb.Qeyd olunub ki, muzeydən 300-dən çox gümüş əşya oğurlanıb, zərərin məbləği onminlərlə avro dəyərində qiymətləndirilir. Məlumata görə, qarət yanvarın 21-nə keçən gecə baş verib.Muzey rəhbərliyinin məlumatına görə, bütün gümüş eksponatlar oğurlanıb, oğrular 14 vitrini sındırıb və içindəkiləri aparıblar.
26.02.2026, 12:48 DSMF: Sosial şəbəkələrdə bəzi şəxslərə 1000 manat ödəniş ediləcəyi ilə bağlı yayılan məlumat yalandır