Yaponiyada radarlardan itən helikopterin qalıqları aşkarlanıb - YENİLƏNİB
Yaponiyanın Kumamoto prefekturasındakı Aso dağı üzərində uçuş edərkən radarlardan itən ekskursiya helikopterinə aid olduğu güman edilən qalıqların yeri müəyyən edilib.
Operativ Media xəbər verir ki, göyərtəsində pilot və 2 turistin olduğu R44 helikopteri səhər saatlarında radarlardan itib.
Axtarış işlərinin gedişində helikopterin qalıqları təxminən 4 saat sonra aşkarlansa da, pilot və sərnişinlər hələ də tapılmayıb.
Ekskursiya şirkətindən verilən məlumata görə, həmin helikopter radarlardan itməzdən əvvəl gün ərzində 2 uçuş yerinə yetirib və heç bir texniki nasazlıq olmayıb.
11:20
Yaponiyanın Kumamoto prefekturasında üç nəfəri daşıyan turist helikopterinin itkin düşdüyü bildirilir.
Operativ Media xəbər verir ki, bu barədə "Yomiuri Shimbun" qəzeti məlumat yayıb.
Məlumata görə, YaponiyaTorpaq, İnfrastruktur, Nəqliyyat vəTurizm Nazirliyin açıqlamasında Kumamotodakı Aso vulkanı ətrafında turist helikopterinin uçuşunun planlaşdırıldığı bildirilir.
Helikopterdə Tayvandan olan pilot və iki sərnişin olub.
Bəyanatda helikopterin uçuş zamanı təcili siqnal göndərdiyi, lakin təyin olunmuş vaxtda bazaya qayıtmadığı və ərazidə axtarış-xilasetmə əməliyyatlarının başlandığı qeyd edilib.