Menyu

Tramp Özbəkistan prezidentini "Sülh Şurası"na qoşulmağa dəvət edib

Operativ Media
Tramp Özbəkistan prezidentini "Sülh Şurası"na qoşulmağa dəvət edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ABŞ Prezidenti Donald Trampdan Qəzza üzrə “Sülh Şurası”na qoşulmaq üçün dəvət alıb.

Operativ Media-nın verdiyi məlumata görə, bu barədə dövlət başçısının sözçüsü Şerzod Əsədov bildirib.

Əsədov özünün “Telegram” kanalında yazıb ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ABŞ Prezidenti Donald Trampdan Yaxın Şərqdə sülhün möhkəmləndirilməsi və münaqişələrin həlli məqsədi daşıyan beynəlxalq təşəbbüsə qoşulmaq üçün rəsmi dəvət alıb.

Onun sözlərinə görə, respublika “Sülh Şurası”na təsisçi üzv qismində qoşulmağa dəvət edilib.

“Dövlətimizin başçısı amerikalı həmkarına məktub göndərərək Özbəkistanın "Sülh Şurası"na təsisçi üzv kimi qoşulmağa hazır olduğunu bildirib. Prezident öz müraciətində qeyd edib ki, bu təşəbbüs Yaxın Şərqdə uzun müddətdir davam edən münaqişələrin həllində, eləcə də geniş regionda sülhün və sabitliyin təmin olunmasında mühüm addım kimi qiymətləndirilir”, – deyə Şerzod Əsədov əlavə edib.

Əlaqəli Xəbərlər