Diplomatik korpusun nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
Operativ Media
Diplomatik korpusun Azərbaycanda akkreditə olunmuş nümayəndələri yanvarın 19-da Şəhidlər xiyabanını ziyarət ediblər.
Operativ Media xəbər verir ki, onlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüblər.