Menyu

Çinin şimalında zavodda partlayış olub - YENİLƏNİB

Operativ Media
Çinin şimalında zavodda partlayış olub - YENİLƏNİB

Çinin Daxili Monqolustan muxtar rayonunun Baotou şəhərində yerləşən poladəritmə zavodunda baş verən güclü partlayış nəticəsində iki nəfər ölənlər, beş nəfər itkin düşüb.

Operativ Media xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində daha 66 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.

Qəzanın baş verdiyi müəssisə dünyanın ən iri polad istehsalçılarından biri olan "Baotou" Poladəritmə Şirkətinə məxsusdur. 

Sənaye qəzasının başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

14:29

Çinin şimalında, Daxili Monqolustan Muxtar Rayonunda yerləşən zavodlardan birində güclü partlayış baş verib.

Operativ Media xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Hadisə yerli vaxtla saat 15:00 radələrində Baotou şəhərində qeydə alınıb.

Hələlik ölən və yaralananlar barədə rəsmi məlumat verilməyib.

Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Əlaqəli Xəbərlər