"Beşiktaş" "Napoli"də oynayan hücumçunu istəyir
Operativ Media
Türkiyənin “Beşiktaş” klubu hazırda “Napoli”də icarə əsasında çıxış edən italiyalı hücumçu Lorenzo Lukka ilə maraqlanır.
Operativ Media xəbər verir ki, bu barədə tanınmış jurnalist Canluka Di Martsio məlumat yayıb.
Məlumata görə, əgər Neapol təmsilçisi 25 yaşlı futbolçunu komandadan göndərərsə, “Fənərbaxça”nın hücumçusu Yusif Ən-Nesiri üçün rəsmi təklif irəli sürəcək.
Qeyd edək ki, Lorenzo Lukka karyerası ərzində 222 oyunda meydana çıxıb, 71 qol vurub və 18 məhsuldar ötürmə ilə yadda qalıb. İtaliya millisinin üzvü olan futbolçu əsasən santrafor mövqeyində çıxış edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net