Menyu

Azərbaycanlı futbolçu "Dinamo"da qalacaq

Operativ Media
Azərbaycanlı futbolçu "Dinamo"da qalacaq

Moskva "Dinamo"su hücumçusu Ülvi Babayevlə yeni müqavilə imzalayıb.

Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı azərbaycanlı futbolçunun "ağ-göylər"lə yeni anlaşması 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Müqavilədə daha bir mövsüm uzatma bəndi də yer alıb.

Qeyd edək ki, Babayev "Dinamo"nun yetirməsidir. O, əsas komandanın heyətində bütün turnirlər üzrə 16 oyuna çıxıb və 5 qol vurub. Bir müddət əvvəl mətbuatda Ülvi Babayevin "Spartak"a keçəcəyi xəbəri yayılsa da, "ağ-göylər" futbolçunu əbədi rəqibinə keçidinə imkan verməyib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər