Menyu

AFFA ilə FİFA arasında lisenziya müqaviləsi imzalanıb

Operativ Media
AFFA ilə FİFA arasında lisenziya müqaviləsi imzalanıb

AFFA Azərbaycan futbolunun beynəlxalq imicini artırmaq məqsədi ilə FİFA ilə lisenziya müqaviləsi imzalayıb.

Operativ Media xəbər verir ki, saziş lisenziya müddəti ərzində - 2028-ci il sentyabrın 1-dək AFFA-nın bayrağı altında təşkil edilən yarışlardan seçilmiş matçları və video məzmunu (materialı) əhatə edir. Bu proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və Millətlər Liqasının seçmə görüşləri, Yüksək Qızlar Liqasının hər turdan seçilmiş iki matçı, AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalar, həmçinin sənədli filmlər və tələb üzrə video məzmun daxildir. Qarşılıqlı razılaşma əsasında əlavə yarışlar da daxil edilə bilər.

Seçilmiş məzmun Azərbaycan futbolunun beynəlxalq rəqəmsal mövcudluğunu daha da gücləndirmək və AFFA-nın qlobal əhatə dairəsini genişləndirmək səylərini dəstəkləmək üçün FİFA-nın rəsmi yayım xidməti olan FIFA+-da təqdim oluna bilər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər