Ana səhifə / Dünya / Tailandda tikinti kranının qatarın üzərinə düşməsi nəticəsində 22 nəfər ölüb - FOTO - YENİLƏNİB Tailandda tikinti kranının qatarın üzərinə düşməsi nəticəsində 22 nəfər ölüb - FOTO - YENİLƏNİB 14.01.2026, 09:31 Şəfa Hüseynli Tailandda tikinti kranının sərnişin qatarının üzərinə düşməsi nəticəsində həlak olanların sayı 22 nəfərə, xəsarət alanların sayı isə 70 nəfərə çatıb.Operativ Media, xəbər verir ki, bu barədə "Khaosod" qəzeti məlumat yayıb.***08:38Tailandda tikinti kranı sərnişin qatarının üzərinə düşməsi nəticəsində ən azı 10 nəfər ölüb, 40-dan çox insan yaralanıb. Operativ Media xəbər verir ki, bu barədə "Khaosod " qəzeti məlumat yayıb.Hadisə krallığın şimal-şərqindəki Nakhon Ratçasima əyalətində baş verib. Toqquşma nəticəsində qatar relsdən çıxıb və alovlanıb. Xilasetmə xidmətləri qatar vaqonunda qalmış sərnişinləri çıxarmağa çalışır. Qatarda təxminən 200 nəfər qalıb. Fotogalereya
26.02.2026, 16:03 Bakı şəhərində yerləşən kilsə və sinaqoqlarda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
26.02.2026, 16:00 Milli Məclis Xocalı soyqırımının ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edib