Oktay Kaynarcanın ölkədən çıxışına qadağa qoyulub - YENİLƏNİB
Türkiyəli aktyor Oktay Kaynarcanın ölkədən çıxışına qadağa qoyulub.
Operativ Media xəbər verir ki, məşhurlara yönəlmiş narkotik istintaqı çərçivəsində səhər saatlarında saxlanılan aktrisa və müğənni Emel Müftüoğlu ilə aktyor Oktay Kaynarca, ölkədən çıxışlarına qadağa tətbiq olunmaqla azadlığa buraxılıblar.
Qeyd edək ki, aktyorun vəkili onun ev dustaqlığına buraxılması tələbi ilə məhkəməyə müraciət edib.
Məhkəmə isə onun ölkədən çıxışına qadağa qoymaqla sərbəst buraxıb.
12:51
İstanbulda narkotik istintaqı çərçivəsində Oktay Kaynarca və Emel Müftüoğlu da daxil olmaqla altı şübhəli saxlanılıb.
Operativ Media xəbər verir ki, bu barədə İstanbul Respublika Prokurorluğu məlumat yayıb.
Əməliyyat zamanı Neda Şahin, Ali Sert, Rabia Karataş və Selen Çetinkaya nəzarətə götürülüb.