Türkiyə, ABŞ, Misir və Qətər nümayəndələri Qəzzada məskunlaşma planını müzakirə ediblər
ABŞ, Misir, Qətər və Türkiyə rəsmiləri Qəzzada atəşkəs planının ikinci mərhələsinin həyata keçirilməsinə hazırlıqları müzakirə ediblər.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Qəzza üzrə sülh planının ikinci mərhələsinin hazırlanmasına həsr olunmuş onlayn görüşdə iştirak edib. Dekabr ayının sonunda Mayamidə keçirilən görüşün davamı olan müzakirələrdə həmçinin ABŞ, Misir və Qətərdən olan rəsmi şəxslər iştirak ediblər", - məlumatda bildirilib.
Qeyd edək ki, ötən il dekabrın 7-də İsrailin Baş naziri Binyamin Netanyahu Trampın Qəzza münaqişəsinin həlli ilə bağlı sülh planının birinci mərhələsinin artıq praktik olaraq həyata keçirildiyini açıqlayıb.
Onun sözlərinə görə, sonuncu girovun geri qaytarılmasından sonra HƏMAS-ın tərksilah edilməsini və anklavın silahsızlaşdırılmasını əhatə edən ikinci mərhələ başlayacaq.