Menyu

Şəkidə ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Operativ Media
Şəkidə ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Yanvarın 12-də Şəki rayonu ərazisində Sətdar Nəbiyevin ölməsi barədə cinayət işi başlanıb.

Operativ Media xəbər verir ki, bu barədə Şəki rayon prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı 2000-ci il təvəllüdlü Hüseyn İsmayılovun yanvarın 10-da Sətdar Nəbiyevi sifət nahiyəsindən əli ilə vurması nəticəsində sonuncunun yerə yıxılması və almış olduğu xəsarətlərdən 2 gün sonra xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Hüseyn İsmayılov iş üzrə şübhəli şəxs qismində tutulub.

Əlaqəli Xəbərlər