Britaniya Qrenlandiyaya hərbi qulluqçu göndərməyi planlaşdırmır
Əsəd Abbaslı
Böyük Britaniya Qrenlandiyaya hərbi qulluqçular göndərməyi planlaşdırmır.
Operativ Media xəbər verir ki, bunu Böyük Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi, baş aviasiya marşalı Riçard Nayton Britaniya parlamentinin İcmalar Palatasının Müdafiə Komitəsinin iclasında deputatların suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Qrenlandiyanın təhlükəsizliyi NATO tərəfindən təmin olunur və Londonun adaya qoşun göndərilməsi ilə bağlı hər hansı planı yoxdur.
Qeyd edək ki, Qrenlandiyanın təhlükəsizliyini gücləndirmək və ABŞ tərəfindən ilhaqının qarşısını almaq üçün Böyük Britaniya hökumətinin adaya qoşun göndərmək istəyi bildirilmişdi.