“Mercedes-Benz” Rusiyada öz əmtəə nişanını qeydiyyatdan keçirib
Əsəd Abbaslı
Almaniyanın “Mercedes-Benz” avtomobil istehsalçısı Rusiyada öz əmtəə nişanını rəsmi şəkildə qeydiyyatdan keçirib.
Operativ Media xəbər verir ki, bu barədə "RİA-Novasti" məlumat yayıb.
Qeydiyyat şirkətə brend adından istifadə etməyə, avtomobillərin istehsalı, idxalı və satışını həyata keçirməyə şərait yaradır.
Əmtəə nişanının qeydiyyatı “Mercedes-Benz”-in ölkə bazarında fəaliyyət göstərməsi üçün zəruri hüquqi prosedurlardan biridir.
Qeyd edək ki, Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz” Ukraynada müharibənin başlamasından 14 ay sonra Rusiya bazarından tamamilə çıxdığını elan etmişdi.