Menyu

Ermənistan və İran XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Operativ Media
Ermənistan və İran XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan ilə İranın XİN müavini Macit Taxt Ravançi arasında görüş keçirilib.

Operativ Media xəbər verir ki, görüş İrəvanda baş tutub.

Görüşdə bildirilib ki, Tehranla münasibətlər İrəvan üçün strateji əhəmiyyət kəsb edir.

Mirzoyan xatırladıb ki, əvvəlki razılaşmaya əsasən, bu il Ermənistan baş naziri və İran prezidenti əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq barədə razılığa gəliblər.

Görüş zamanı tərəflər regional kommunikasiya yollarının blokadalarının aradan qaldırılması məsələsində fikir mübadiləsi aparıblar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər