Menyu

Kolumbiyada güclü zəlzələ oldu

Kolumbiyada güclü zəlzələ oldu

Kolumbiyanın Santander inzibati bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.

“Operativ Media" xəbər verir ki, bu haqda Kolumbiya Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, episentri Los Santos şəhərində olan zəlzələ yerli vaxtla saat 04:18-də qeydə alınıb. Zəlzələnin yerin 151 kilometr dərinliyində baş verdiyi bildirilib.

Yeraltı təkanlar paytaxt Boqotada, Medellin və Bukaramanqa şəhərlərində, eləcə də qonşu ölkələr Venesuela və Panamada hiss olunub.

Səlahiyyətlilər zəlzələdə can və ya mal itkisinin olmadığını qeyd edib.

Sosial mediada əks olunan görüntülərdə zəlzələdən sonra insanların küçələrə çıxdığı görülüb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər