Lukaşenko İrana səfər edəcək
Belarus Prezidenti Aleksandr Lukaşenko İrana səfər edəcək.
“Operativ Media" xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Səfər martın 12-13-də baş tutacaq.
Lukaşenkonun Tehranda İran prezidenti İbrahim Rəisi ilə danışıqlar aparacağı qeyd olunub.
Əsas mövzu ikitərəfli münasibətlər və ticarət-iqtisadi əməkdaşlıq olacaq.
Prezidentlər təkbətək və geniş tərkibdə görüşlər keçiriləcəklər.
Danışıqların yekununda bir sıra sənədlərin imzalanması gözlənilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net