Ana səhifə / Dünya / Lukaşenko 22 nəfərin əfv edilməsi barədə fərman imzalayıb Lukaşenko 22 nəfərin əfv edilməsi barədə fərman imzalayıb 30.12.2025, 12:50 Şəfa Hüseynli Yeni il ərəfəsində Belarus Prezidenti Aleksandr Lukaşenko 22 nəfərin əfv edilməsi barədə fərman imzalayıb. Operativ Media xəbər verir ki, bu barədə "Belta" məlumat yayıb. Bildirilib ki, 20 nəfər ekstremist cinayətlərdə təqsirli bilinib. Əfv olunanlar arasında 15 qadın, 7 kişi var, onlardan 11-nin azyaşlı uşaqları var. Onların hamısı dövlət başçısına əfv üçün müraciət edib, günahlarını etiraf edib və peşman olduqlarını bildiriblər.