Türkiyənin 11 vilayətində qar səbəbindən dərslər dayandırılıb
Operativ Media
Türkiyənin Mardin, Karabük, Siirt, Batman, Bolu, Şırnak, Diyarbakır, Elazığ, Zonguldak, Kastamonu və Van vilayətlərində qar və buzlanma səbəbindən sabah bütün məktəblərdə tədris dayandırılıb.
Operativ Media xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Meteoroloji xəbərdarlığa əsasən, təhlükəsizliyi təmin etmək məqsədilə vətəndaşların hər hansı risklə üzləşməməsi üçün zəruri tədbirlər görülüb.
Qərara əsasən, həmçinin əlilliyi və ya hamiləliyi olan dövlət əməkdaşları və övladı uşaq bağçasına gedən qadın işçilər inzibati məzuniyyətli sayılacaq.