Yunanıstanda miqrantları daşıyan qayıq batıb
Operativ Media
Yunanıstanın Samos adasının sularında qanunsuz miqrantları daşıyan qayıq batıb.
Operativ Media xəbər verir ki, hazırda 1 nəfərin öldüyü təsdiqlənib, 3 nəfər isə itkin düşüb.
Axtarış-xilasetmə tədbirlərinə sahil mühafizə xidmətinin katerləri, helikopterlər, bir şəxsi qayıq və quruda xilasedicilər cəlb olunub.
Miqrantların hansı ölkənin vətəndaşları olduğu açıqlanmır.
Qeyd edək ki, 2015-ci ildən bəri Yunanıstan qanunsuz miqrantların Aİ-yə daxil olduğu əsas giriş ölkəsinə çevrilib.
10 il ərzində 1 milyondan çox qanunsuz miqrantın ölkəyə gəldiyi bildirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net