Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub
Operativ Media
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Operativ Media-ya verilən xəbərə görə, ümumi sahəsi 100 m² olan 4 otaqlı mənzilin 1 otağında 1 ədəd yataq dəsti və 2 paq.m mebel yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net