Azərbaycanda PMS əldə edənlərin sayı 6 500 nəfərə çatıb
Operativ Media
Azərbaycanda peşəkar mühasib sertifikatı (PMS) əldə edənlərin sayı 6 500 nəfərə çatıb.
Operativ Media Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, PMS almış şəxslərin dövlət reyestri yenilənərək Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu ilin iyul ayında peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrə), avqust ayında isə II mərhələsi (qanunvericilik üzrә) keçirilib. İmtahan vermək üçün I mərhələ üzrə 1 416, II mərhələ üzrə isə 984 nəfər müraciət edib.