Lukaşenko xokkey oyunu zamanı zədələnib
Əziz Əzizli
Belarus prezidenti Aleksandr Lukaşenko Minskdəki "Olimpiya Arena" stadionunda xokkey oyunu zamanı yıxılıb.
Operativ Media xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
O, bel əzələlərində gərilmə keçirib. Prezident özünü yaxşı hiss etdiyini bildirib.
"Bu, normal iş vəziyyətidir: öz adamlarını vur ki, yad adamlar qorxsun. Hər şey qaydasındadır. Növbəti oyuna hazırlaşıram", - Lukaşenko qeyd edib.
Belarus prezidentinin komandası Brest bölgəsindən olan xokkeyçilər ilə yarışıb. Aleksandr Lukaşenko geri qaçan komanda yoldaşı Yaroslav Çuprislə toqquşub. Oyun 5:5 hesablı heç-heçə ilə başa çatıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net