Naxçıvanda qarın hündürlüyü 30 santimetri keçib
Operativ Media
Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 35 sm-ə çatıb.
Bu barədə Operativ Media-ya Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Məlumata görə, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir.
Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) qarın hündürlüyü 35, Parağaçaq Qar Uçqunu Stansiyasında 12, Şahbuz rayonunun Kükü kəndində 28 sm, Biçənək kəndində 22 sm, Şərurun Axura kəndində isə 12 sm qeydə alınıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net