Maradonanın forması rekord qiymətə satıldı
Operativ Media
Dieqo Maradonanın cırılmış forması "Matchday Football Auctions" tərəfindən hərracda satılıb.
Operativ Media "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Maradonanın forması hərracda 145.000 dollara satılıb.
Lakin 23% komissiya səbəbindən onun faktiki qiyməti 179.000 dollar olub. Bu, indiyə qədər Maradonanın hərracda satılan ən bahalı forması kimi tarixə düşüb.
Qeyd edək ki, argentinalı əfsanənin forması 1984-cü ildə İspaniya Kubokunun finalında "Barselona"nın Bilbao "Atletik"inə 0:1 hesabı ilə uduzduğu oyunda cırılıb. Matç kütləvi dava ilə başa çatıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net