Gələn il bakalavr pilləsinin tədris proqramı əmək bazarına uyğunlaşdırılacaq
Şəfa Hüseynli
Ali təhsilin əlçatanlığının artırılması Elm və Təhsil Nazirliyinin əsas hədəflərindən biridir.
2026-cı il üçün qarşıya qoyulan hədəfə artıq nail olunub və ali təhsilin bütün səviyyələri üzrə təhsil alanların sayı 176 minə çatıb.
Operativ Media xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun 4 illik hesabat tədbirində Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev bildirib.
Növbəti strateji dövrdə əsas diqqət ali təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldiləcək.
Magistratura pilləsində bütün ixtisaslar üzrə tədris proqramları müasir əmək bazarının tələblərinə uyğun yenilənib, növbəti mərhələdə isə bu prosesin bakalavr pilləsində tətbiqi planlaşdırılır.