PSJ "Real Madrid"in müdafiəçisini pulsuz almaq istəyir
"Real Madrid" in müdafiəçisi Antonio Rüdiger klubunu dəyişə bilər.
Operativ Media "El Nacional" qəzetinə istinadən xəbər verir ki, Fransanın PSJ klubu oyunçu ilə maraqlanır. Paris rəhbərliyi 32 yaşlı alman müdafiəçinin təcrübəli oyunçuların çatışmazlığı olan komandaya müsbət təsir göstərə biləcəyinə inanır.
PSJ-nin yayda Rüdigeri Madriddən ayrılmaq üçün sərfəli bir müqavilə təklif etməyə hazır olduğu bildirilir. Bu halda, əgər o vaxta qədər "Real Madrid" ilə müqaviləsini yeniləməsə, parislilər oyunçunu pulsuz olaraq alacaqlar.
Rüdiger 2022-ci ilin iyul ayından bəri "Real Madrid"də oynayır. O, Madrid klubu ilə İspaniya çempionatı və Çempionlar Liqası da daxil olmaqla səkkiz kubok qazanıb.
Bu mövsüm Rüdiger La Liqanın altı oyununda meydana çıxıb və qol vura bilməyib. Müdafiəçi sol budundan aldığı zədə səbəbindən bütün oyunu buraxıb.
"Transfermarkt" Rüdigerin dəyərini 12 milyon avro olaraq qiymətləndirir. Onun "Real Madrid"lə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.