Menyu

Yanvarın 1-dən köhnə avtomobillər bahalaşacaq

Operativ Media
Yanvarın 1-dən köhnə avtomobillər bahalaşacaq

2026-cı ildən etibarən istehsal tarixi 7 ildən artıq olan minik avtomobillərinin idxalı üzrə aksiz dərəcələrinin artırılması nəzərdə tutulur.

Bu barədə nəqliyyat üzrə mütəxəssis Razil Nağıyev Operativ Media-ya açıqlamasında bildirib.

O deyib ki, dəyişikliklər Vergi Məcəlləsinə təklif olunan yeni əlavələr çərçivəsində planlaşdırılır. Yeni qaydalara əsasən benzin mühərrikli avtomobillər üçün yüksəldici əmsal 1,2-dən 1,5-ə, dizel mühərrikli avtomobillər üçün isə 1,5-dən 2,0-a qaldırılacaq.

Bu isə istehsal tarixindən 7 ildən artıq avtomobillərin idxal xərclərinin əhəmiyyətli dərəcədə artması deməkdir. Nəticədə idxal olunan köhnə avtomobillərin qiyməti bahalaşacaq və bu, ölkə daxilində artıq istifadə olunan avtomobillərin qiymətlərinə də təsir göstərəcək.

Bu dəyişikliklər fonunda köhnə avtomobillərin idxalı azalacaq, əvəzində isə daha yeni, hibrid və elektromobil modellərinə maraq arta bilər.

Əlaqəli Xəbərlər