Ana səhifə / İdman / Zamiq Əliyev cəzalandı, komandası qalib gəldi Zamiq Əliyev cəzalandı, komandası qalib gəldi 24.12.2025, 07:36 Operativ Media Albaniyada futbol üzrə ölkə çempionatının 18-ci turu keçirilir. Operativ Media xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" səfərdə "Teuta" ilə qarşılaşıb. Matç 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Zamiq bu matçda start heyətində meydana daxil olub. Millimizin üzvü 90+2-ci dəqiqədə 2-ci sarı vərəqədən qırmızı vərəqə ilə meydanı tərk etməli olub. Qeyd edək ki, "Eqnatiya" 37 xalla ilk pillədə qərarlaşıb.
26.02.2026, 14:36 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib