Menyu

FİFA Ronaldonun klubu ilə bağlı yeni qərar qəbul edib

Əziz Əzizli
FİFA Ronaldonun klubu ilə bağlı yeni qərar qəbul edib

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna yeni oyunçular transfer etmək və qeydiyyatdan keçirmək qadağasını ləğv edib.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, FİFA "Əl-Nəsr"in bütün öhdəliklərini yerinə yetirdiyini təsdiqləyib. Kluba qarşı qaldırılan iş bağlanıb.

Daha əvvəl bildirilmişdi ki, "Əl-Nəsr"ə transfer qadağası klubun 2023-cü ildə mərkəz müdafiəçisi Aymerik Laportun transferi üçün "Mançester Siti"yə borcu olduğuna görə tətbiq olunub.

Səudiyyə Ərəbistanı klubu "Siti" komandasına təxminən doqquz milyon avro ödənilməmiş əmək haqqı borcu ilə üzləşib və borc 31 avqustda ödənilməli idi. Laport ötən payız "Əl-Nəsr"dən "Atletik Bilbao"ya keçib.

Xatırladaq ki, "Əl-Nəsr"də portuqaliyalı ulduz hücumçu Kriştiano Ronaldo çıxış edir. 40 yaşlı hücumçu bu mövsüm Səudiyyə Ərəbistanı Premyer Liqasında doqquz oyun keçirib, 10 qol vurub və bir məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər