Menyu

Azərbaycan Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının Baş Assambleyasında təmsil olunub

Operativ Media
Azərbaycan Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının Baş Assambleyasında təmsil olunub

Türkiyənin Qaziantep şəhərində Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının Baş Assambleyası keçirilib.

Azərbaycan Şahmat Federasiyasından Operativ Media-ya verilən məlumata görə, iclasda Qaziantepdə türkdilli ölkələr arasında baş tutan şahmat üzrə 16 yaşlılar arasında komanda yarışının təşkilatçılığı yüksək qiymətləndirilib. Toplantıda növbəti illərdə qarşılıqlı əməkdaşlığı genişləndirmək istiqamətində təkliflər səsləndirilib və müzakirə olunub.

Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının üzv federasiyaları növbəti illərdə aktiv fəalliyyət üçün geniş proqramın təsdiq olunacağını bildirib.

Qeyd edək ki, Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının iclasında ölkəmizi Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova təmsil edib. İ.Qədimova eyni zamanda Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının baş katibi vəzifəsində çalışır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər