Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın üzvü Mirzə Əmirov cərrahiyyə əməliyyatı olunub.
Operativ Media xəbər verir ki, futzalçının “Liv Bona Dea”da “diz qapağı sınığında bitişməyən hissələrin çıxarılması, diz qapağı bağının bərpası” əməliyyatı uğurlu alınıb. Bu gün xəstəxananı tərk edəcək M. Əmirovun 3 aydan sonra komanda ilə birgə məşqlərə başlaya biləcəyi gözlənilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma