Menyu

Türkiyə klubu həbsə düşən futbolçusu ilə vidalaşdı

Operativ Media
Türkiyə klubu həbsə düşən futbolçusu ilə vidalaşdı

Türkiyənin "Konyaspor" klubu futbolçusu Alassane Ndao ilə yollarını ayırıb.

Operativ Media xəbər verir ki, Super Liqa təmsilçisi seneqallı vingerlə müqaviləni ləğv edib. Klub bununla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) məlumat verib.

28 yaşlı ön xətt oyunçusu mərc oyunlarında iştirak etdiyi üçün məhkəmənin qərarı ilə həbs olunub.

Qeyd edək ki, "Konyaspor" Alassane Ndaonu 2024-cü ilin yanvar ayında "İstanbulspor"dan transfer etmişdi. Təcrübəli futbolçu bu mövsüm "ağ-yaşıllar"ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər