Menyu

Qurban Qurbanov: "Ayaks" bu oyuna çox ciddi hazırlaşıb

Əziz Əzizli
Qurban Qurbanov: "Ayaks" bu oyuna çox ciddi hazırlaşıb

Qarşımızda qalib gəlmək istəyən bir komanda var.

Operativ Media xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 6-cı turu çərçivəsində keçiriləcək "Ayaks"la oyundan öncə keçirilən mətbuat konfransında deyib.

O, azarkeşləri sevindirmək istədiyini bildirib.

"Çox vacib oyundur. Hazırlaşmağa bir o qədər də vaxtımız olmadı. İstərdik ki, bir neçə gün vaxtımız olsun. Çünki, oyunun gedişatında fərqli fərqli gedişlər edən bir komandaya qarşı oynayacağıq. Qarşımızda qalib gəlmək istəyən bir komanda var. Bu oyuna çox ciddi hazırlaşıblar. Biz çalışacağıq ki, öz istəkli futbolumuzu oynayaq. Sizləri və azarkeşləri sevindirməyə çalışacağıq".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər