Menyu

Messi ABŞ-də ilk çempionluğunu qazandı

Operativ Media
Messi ABŞ-də ilk çempionluğunu qazandı

Lionel Messi karyerası ərzində üçüncü liqa titulunu qazanıb.

Operativ Media xəbər verir ki, onun formasını geyindiyi "İnter Mayami" MLS Kubokunun pley-off finalında "Vankuver Uaytkeps"i 3-1 hesabı ilə məğlub edib.

Messi ABŞ-də ilk çempionluğunu qazanıb və İspaniya və Fransadan sonra üçüncü ölkədə "qızıl"ı boynundan asıb. Argentinalı ulduz "Barselona" ilə 10, Fransada PSJ ilə bir dəfə çempion olub.

Qeyd edək ki, Messi 2023-cü ildən "İnter Mayami"nin şərəfini qoruyur. Onun klubla müqaviləsi 2028-ci ilə qədərdir. Messi bu mövsüm bütün turnirlərdə 41 oyunda meydana çıxıb, 38 qol vurub və 23 məhsuldar ötürmə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər