Menyu

Rusiya Dumasının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

Redaksiya
Rusiya Dumasının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması sədrinin müavini Şolban Kara-oolun başçılıq etdiyi nümayəndə heyəti martın 7-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

"Operativ Media" xəbər verir ki, bu barədə MM məlumat yayıb.

Ziyarətçilər Ulu Öndərin məzarı önünə gül dəstəsi qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclis sədrinin müavini Adil Əliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər