Menyu

Azərbaycanlı UFC döyüşçüsünə vəzifə verildi

Operativ Media
Azərbaycanlı UFC döyüşçüsünə vəzifə verildi

Dekabrın 6-da Azərbaycan MMA və Qrapplinq Federasiyasının ümumi yığıncağı keçirilib.

Operativ Media xəbər verir ki, gündəliyə uyğun olaraq, Azərbaycan MMA və Qrapplinq Federasiyasının Nizamnaməsinin yeni redaksiyası səsvermə yolu ilə qəbul edilib. Federasiyanın 2025-ci ildə görülmüş işləri, idman yekunları və digər məsələlər səsvermə ilə təsdiqlənib.

Ardınca Azərbaycan MMA və Qrapplinq Federasiyasının İdarə Heyətinin tərkibində dəyişiklik edilib. Səsvermənin nəticələrinə əsasən, Tofiq Musayev federasiyanın vitse-prezidenti seçilib. Tofiq Musayev çıxış edərək göstərilən etimada görə təşəkkür edib və bu idman növünün inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov çıxış edərək federasiyanın inkişafı üçün birgə fəaliyyətin vacibliyini qeyd edib.

Tədbirin sonunda gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək yeni seçilmiş rəhbərliyi təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər