DÇ: Azərbaycanın iki boksçusu 1/8 finala yüksəldi
Operativ Media
Azərbaycanın iki boksçusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında mərhələ adlayıb.
Operativ Media xəbər verir ki, mundialın ikinci günündə Avropa çempionu Sübhan Mamedov (48 kq) debütdə Joey Kanoyla (Filippin) qarşılaşıb.
Boksçu üçüncü raundda rəqibinə tam üstünlüklə qalib gəlib. Mamedov 1/8 finalda ilk mərhələdən azad olan Mehron Şafiyevlə (Tacikistan) döyüşəcək.
Zaur Qəhrəmanov (67 kq) da startda qələbə qazanıb. O, Şeyx Sarrı (Qambiya) ilk raundda məğlub edib. Boksçu 1/8 finalda Tomas Kasazzanı (Argentina) sınağa çəkəcək.
Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net