Ruan Renato "Zirə"də 100-ə çatdı
Operativ Media
Ruan Renato “Zirə”nin heyətində 100-cü oyununu keçirib.
Operativ Media xəbər verir ki, 31 yaşlı müdafiəçinin yubileyi Bizon Azərbaycan kubokunun 1/8 final mərhələsinə baş tutub.
Braziliyalı legioner “Neftçi” ilə əlavə vaxta qədər uzanan qarşılaşmada (1:0) 120 dəqiqə meydanda olub. Renato “Zirə”də keçirdiyi 100 matçda 9 qola imza atıb.
Ruan Premyer Liqada 80 (8 qol), kubokda 10 (1 qol), avrokuboklarda 10 matça çıxıb. Cənubi amerikalı “Zirə”nin tarixində 100 və daha çox oyun keçirən 9-cu futbolçudur.
Qeyd edək ki, Renato 2023-cü il avqustun 5-də Premyer Liqanın “Qarabağ”la səfər matçında (1:0) Bakı klubunda debüt edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net