Menyu

Dünya reytinqi: "Qarabağ" gerilədi, "Sabah" irəlilədi

Operativ Media
Dünya reytinqi: "Qarabağ" gerilədi, "Sabah" irəlilədi

Klubların dünya reytinqi yenilənib.

Operativ Media Futbolinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan komandaları ötən həftəlik siyahı ilə müqayisədə yerdəyişmələr ediblər.

Ən reytinqli klubumuz olan “Qarabağ” daha 5 pillə geriləyib. Qurban Qurbanovun yetirmələri 82,3 xalla dünyanın 106-cı komandasıdır. Premyer Liqa klublarından ən böyük geriləmə “Kəpəz”də olub. Gəncəlilər 161 rəqibini özündən irəli buraxıb.

Ən böyük irəliləyiş isə “Sabah”da müşahidə olunub. Bakılılar 43 addım irəliləyiblər. Elita təmsilçilərindən yalnız “Neftçi” yerində qalıb.

Premyer Liqa klublarının dünya reytinqində mövqeyi:

106 (-5). “Qarabağ” – 82,3 xal

384 (6). “Zirə” – 75,8

507 (43). “Sabah” – 74,2

731 (-36). “Turan Tovuz” – 71,7

862 (-64). “Araz-Naxçıvan” – 70,6

891 (0). “Neftçi” – 70,4

1206 (43). “Sumqayıt” – 67,9

1292 (-104). “İmişli” – 67,5

1448 (-106). “Şamaxı” – 66,5

1611 (28). “Qəbələ” – 65,6

2283 (-161). “Kəpəz” – 62,9

2405 (-108). “Karvan-Yevlax” – 62,5

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər