Menyu

Qvardiola: "Ümid edirəm ki, Foden karyerasının sonuna qədər "Mançester Siti"də qalacaq"

Əziz Əzizli
Qvardiola: "Ümid edirəm ki, Foden karyerasının sonuna qədər "Mançester Siti"də qalacaq"

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandanın yarımmüdafiəçisi Fil Fodenin güclü tərəflərindəb danışıb.

Operativ Media xəbər verir ki, o, bu haqda klubun mətbuat xidmətinə açıqlamasında deyib.

“Mən ümid edirəm ki, o, karyerasının sonuna qədər klubda qalacaq. O, xüsusi oyunçudur. Akademiya dövründən bəri ‘Mançester Siti’nin azarkeşidir, buna heç bir şübhəm yoxdur. Kapitanlığa gəlincə, əgər o, bunu istəyirsə, bəli – mümkündür. O, həmişə meydanda lider olub. Soyunub-geyinmə otağında çox danışan biri deyil, amma meydanda heç vaxt məsuliyyətdən qaçmayıb. Meydanda inanılmaz xarizmaya malikdir”, – deyə Qvardiola qeyd edib.

Bu mövsüm 25 yaşlı ingilis futbolçu bütün turnirlərdə 17 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər