Menyu

UEFA İsrailin turnirlərdən kənarlaşdırılmasını müzakirə edir

Operativ Media
UEFA İsrailin turnirlərdən kənarlaşdırılmasını müzakirə edir

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) İsrailin oyunlardan kənarlaşdırılmasını müzakirə edir.

Operativ Media xəbər verir ki, bu barədə "The Athletic" portalı məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, ittifaqın nümayəndələri “Game Over Israel” təşkilatı ilə bir neçə görüş keçirib. Danışıqlar sentyabrın sonunda, İsrail və HƏMAS arasında atəşkəs elan edildikdən sonra başlayıb.

Dialoqun əsas səbəbi bir neçə milli futbol assosiasiyasının İsrail komandalarının UEFA-nın təşkil etdiyi turnirlərdə iştirakının davam etdirilib-edilməməsi məsələsini səsverməyə çıxarmaq çağırışı olub. Görüşlərdə tərəflər qadağan tətbiq etmək üçün mümkün hüquqi əsasları müzakirə ediblər.

UEFA isə hələlik İsraili oyunlardan kənarlaşdırmaq üçün müstəqil addım atmayıb, digər idman təşkilatları ilə qarşıdurmadan çəkinir. İttifaq hazırda İrlandiya və İsveçrədəki məhkəmə proseslərini izləyir. Onların nəticəsi nəzəri baxımdan UEFA-nı beynəlxalq hüquq normalarına uyğun hərəkət etməyə məcbur edə bilər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər