Menyu

Paralimpiya çempionu İmaməddin Xəlilov Daşkənddə keçirilən beynəlxalq könüllülər festivalında çıxış edib

Operativ Media
Paralimpiya çempionu İmaməddin Xəlilov Daşkənddə keçirilən beynəlxalq könüllülər festivalında çıxış edib

Paralimpiya çempionumuz İmaməddin Xəlilov Özbəkistanda keçirilən beynəlxalq festivalda çıxış edib.

Operativ Media xəbər verir ki, paralimpiya, dünya və Avropa çempionu parataekvondoçumuz İmaməddin Xəlilov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Biz birgəyik” adlı beynəlxalq könüllülər festivalında çıxış edib.

Əvvəlcə idmançımızın uğurlarını əks etdirən videoçarx nümayiş olunub, daha sonra İ.Xəlilov əlilliyi olan könüllülərin də iştirak etdiyi festival iştirakçılarına öz uğur yolundan danışıb.

Sonda tədbir iştirakçılarının sualları cavanlandırılıb.

Qeyd edək ki, 10-a yaxın ölkədən 60-dan çox nümayəndənin qatıldığı “Biz birgəyik” beynəlxalq könüllülər festivalının budəfəki əsas missiyalarından biri əlilliyi olan şəxslərin də könüllü hərəkatının bir hissəsi olduğunu qeyd etmək, onların cəmiyyətə inteqrasiyasının vacibliyini vurğulamaq olub.

Tədbirdə Milli Paralimpiya Komitəsini baş katib Toğrul Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər