"Barselona"nın yarımmüdafiəçisi Aitana Bonmatinin İspaniya millisi ilə məşq zamanı ayağı sınıb.
Operativ Media xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.
Noyabrın 30-da səhər məşqi zamanı Bonmati zədələnib. Sonradan həkimlər ona sol fibula sınığı diaqnozu qoyublar. O, sağalmağa başlamaq üçün Barselonaya qayıdacaq.
27 yaşlı ispaniyalı 3 dəfə “Qızıl top”un (2023, 2024 və 2025) qalibi olub.
O, "Barselona"nın heyətində 326 oyun keçirib, 117 qol vurub. Bonmati İspaniya millisində 83 oyun keçirib, 31 qol vurub.