"Sumqayıt"ın hücumçusu 20-ə çatdı
Əziz Əzizli
“Sumqayıt”ın futbolçusu Aleksandr Ramalinqom Azərbaycan Premyer Liqasında 20-ci qolunu vurub.
Operativ Media xəbər verir ki, onun yubileyi XIII tura təsadüf edib.
32 yaşlı fransalı hücumçu “Şamaxı” ilə səfər görüşündə fərqlənib. Ramalinqom “Səbail”də 15, “Sumqayıt”da 5 dəfə fərqlənib. O, 20-ci qoluna 47-ci matçında imza atıb.
Qeyd edək ki, Aleksandr turnirin tarixində ən azı 20 qol vuran 173-cü futbolçudur. O, qol sayında Bəxtiyar Soltanov, Ruslan Musayev, Şamil Əhmədov, Cəfər Əliyev, Məhəmməd Qurbanov, Julius Vobay və Leonid Kalfaya çatıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net