Messi yeni rekorda imza atıb
Operativ Media
ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi yeni rekorda imza atıb.
Operativ Media xəbər verir ki, 38 yaşlı hücumçu buna MLS Kubokunun yarımfinalında "Nyu-York Siti"ni məğlub etdikləri oyunda nail olub.
Görüşdə bir məhsuldar ötürmə ilə yadda qalan Messi karyerasındakı assistlərin sayını 405-ə çatdırıb.
Beləliklə, Argentinalı ulduz oyunçu əfsanəvi Ferents Puşkaşın rekordunu qırıb.
Qeyd edək ki, "İnter Mayami" "Nyu-York Siti"yə 5:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net