Menyu

U-19 millisi bu gün növbəti oyununa çıxacaq

Operativ Media
U-19 millisi bu gün növbəti oyununa çıxacaq

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyuna çıxacaq.

Operativ Media xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz Şimali Makedoniyanın Strumitsa şəhərində meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Əlverişsiz hava şəraiti və "Mladost" stadionunun meydançasının yararsız vəziyyətdə olması ilə əlaqədar noyabrın 28-dən bugünkü tarixə təxirə salınan görüş Bakı vaxtı ilə saat 13:30-da başlanacaq. Qoran Pandev Məşq Kompleksində keçiriləcək qarşılaşmanı Litvadan olan baş hakim idarə edəcək.

Qeyd edək ki, U-19 ilk matçında Sloveniyalı həmyaşıdlarına 0:2 hesabı ilə uduzmuşdular.







Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər