"Mançester Siti" "Elçe"nin yarımmüdafiəçisi Mendoza ilə maraqlanır
Əziz Əzizli
"Mançester Siti" "Elçe"nin yarımmüdafiəçisi Rodriqo Mendosanı heyətinə qatmaq niyyətindədir.
Operativ Media xəbər verir ki, bu haqda "Daily Mail" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Mançester Siti" 20 yaşlı ispaniyalı gənc futbolçunun irəliləyişini və karyera inkişafını izləməyə davam edir. Futbolçu ilə "Arsenal" və "Real" da maraqlanır.
20 yaşadək futbolçular arasında dünya çempionatında Mendoza millinin bütün 5 matçında start heyətdə yer alıb.
2025/26 mövsümündə yarımmüdafiəçi "Elçe"nin heyətində 10 matçda 2 qol vurub. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.
"Transfermarkt" futbolçunun transfer dəyərini 9 milyon avro qiymətləndirir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net