Menyu

Gəncə stadionunun ot örtüyünün hazır olacağı tarix bəlli oldu

Operativ Media
Gəncə stadionunun ot örtüyünün hazır olacağı tarix bəlli oldu

“MDB Oyunları başa çatdıqdan dərhal sonra Gəncə şəhər stadionunda ot örtüyünün qurulması prosesinə start verilib”.

Operativ Media İdman.biz-ə istinadən xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev deyib.

Nazirliyin əməkdaşı vurğulayıb ki, Gəncənin futbol arenasında davam edən işlər ardıcıllığa uyğun olaraq aparılır: “Hazırda drenaj və isitmə xətlərinin çəkilməsi, çınqıl-qum qarışığı ilə bərkitmə və digər işlərin icrası davam etdirirlir”.

Qabil Mehdiyev əlavə edib ki, ot örtüyünün hazırlanması prosesi tamamlandıqdan sonra, təxminən aprel-may aylarında qazon tam bitib möhkəmlənəcək.

“Artıq bu dövrdən etibarən meydança ideal səviyyəyə çatacaq və oyunların keçirilməsi mümkün olacaq” - deyə Qabil Mehdiyev bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər